“Laçın hava limanı  2024-cü ildə istifadəyə veriləcək”

Olaylar.az-a açıqlama verən politoloq İlyas Hüseynov bildirib ki,  Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyev mayın 4 -də Şərqi Zəngəzur rayonuna daxil olan Zəngilan rayonunda xüsusi nümayəndəsi Vahid Hacıyevi video formatda qəbul edib və  ona öz tövsiyələrini verib. Eyni zamanda Zəngilan rayonu da daxil olmaqla ümumilik də Qarabağ və Şərqi Zəngəzurun inkişaf planlarına toxunub:

" Zəngilan çox geostrateji ərazidə yerləşir. Nəzərə almaq lazımdır ki, Zəngəzur dəhlizi həm də Zəngilan rayonu ərazisindən keçir və bu o deməkdir ki, ərazinin həm infrastruktur nöqteyi -nəzərdən inkişaf etdirilməsi, həm də təhlükəsizlik aspektlərinin gücləndirilməsi mühüm əhəmiyyət kəsb edir. Keçmiş məcburi köçkünlərin ərazidə məskunlaşdırılması, onların rifah səviyyəsinin planlaşdırılması, məşğulluğun təmin edilməsi və digər istiqamətlər hazırda diqqət mərkəzindədir. Bu xüsusda prezidentin xüsusi nümayəndəlik institutunun təsis olunması da işlərin daha da sürətləndirilməsinə yardımçı olacaq. Buna qədər Prezidentin Şuşa üzrə xüsusi nümayəndəsi və Şuşa istisna olmaqla Qarabağ iqtisadi rayonu üzrə xüsusi nümayəndəsi  təyin olunmuşdur və get-gedə bu institut daha da inkişaf etdirilir, təkmilləşdirilir,  xüsusi istedadı, bacarığı, təcrübəsi olan kadrlar xüsusi nümayəndəlik təsisatına təyin olunur. Bu da ölkəmizin çoxşaxəli inkişafı ilə yanaşı həm də institusional formada həyata keçirilən islahatlardan xəbər verir və bu struktur islahatları  kadr ehtiyatlarının səmərəli şəkildə təyin olunması ilə müşayiət olunur. Çünki ənənəvi icra hakimiyyəti sistemi ilə yanaşı, xüsusi nümayəndəlik institutunda  təmsil olunan şəxslər təhsili, təcrübəsi, peşəkarlığı, quruculuq qabiliyyəti ilə seçilirlər və yeni yanaşmanın tətbiq olunmasını  təmin edən məhz işğaldan azad olunmuş ərazilərdə həmin şəxslərin təyin olunması da onu göstərir ki, möhtərəm  Prezident işğaldan azad olunan ərazilərə böyük qayğı və həssaslıqla yanaşır. Eyni zamanda Zəngilan rayonu ərazisində "Ağalı pilot" lahiyəsinin inşası da bitmək üzrədir və bu ərazidə bizim keçmiş məcburi köçkünlərimiz yerləşdiriləcəklər.  Eyni zamanda Zəngilanda  beynəlxalq statuslu  hava limanı istifadəyə veriləcək. Bu da bölgənin logistika imkanlarının daha da artırılması, turizm potensialının genişləndirilməsi, eləcə də gediş-gəlişin təmin olunmasına xidmət edəcək böyük bir lahiyədir. Füzuli Beynəlxalq hava limanı  çox qısa müddətdə istifadəyə verildi. Laçın hava limanı da 2024-cü ildə istifadəyə veriləcək. Bütün bunlar onu göstərir ki, Azərbaycan həm avtomobil yolu,dəmir yolu, hava limanları inşa etməklə bölgənin tez bir sürətdə müasir texnologiyalara uyğun olaraq inkişafında maraqlıdır.Bütün bunlar ona görə edilir ki, Azərbaycan Vətən müharibəsində qazandığı yeni geosiyasi reallıqlar kontektsində, həm də  işğaldan azad olunmuş ərazilərin bərpa olunmasını sürətləndirir. Quruculuq   işləri böyük həcmdə gedir. Dəfələrlə işğaldan azad olunmuş ərazilərdə olmuşam və orada gedən sürətli quruculuq işləri ilə yaxından tanış olmuşam. Ona görə də, məhz Zəngilan rayonu da ölkəmizin ən abadlaşan, çiçəklənən bölgələrindən birinə çeviriləcək."

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31