Erməni barbarlığı iflasa uğrayır
5 May 2022 10:35 SiyasətPost-müharibə dövrü qarşımıza bir sıra vəzifələr qoyub. Bu vəzilərin ən başlıcası işğaldan azad olunmuş torpaqlara Böyük Qayıdış və erməni vandalizmi barəsində geniş ictimayyəti məlumatlandırmaqdır. Ötən günlərdə Bakıda keçirilən "Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq" adlı konfransda bu yöndə həyata keçirilən siyasətin tərkib hissəsidir. Konfransda cıxış edən dövlət başçısı İlham Əliyev tədbir iştirakçılarına geniş və əhatəli şəkildə regionda baş verən hadisələr barəsində məlumat verdi. Eyni zamanda gələcək perspektiv üçün vacib olan məsələləri diqqətə çatdırdı.
İşğaldan azad olunan ərazilərdə Böyük Qayıdışla bağlı qarşıya qoyulan məqsəd və vəzifələrə toxunan dövlət başçısı vətəndaşlarımızın həmin ərazilərdə rahat və firavan yaşaması üçün bütün lazimi addımların atıldığını dilə gətirdi. Erməni barbarları tərəfindən dağıdılan infrastrukturlar yenidən və müasir üslubda qurulur. Böyük Qayıdış prosesinə yaxın zamanda start veriləcək. Bununla bağlı məsələ "Azərbaycan 2030 İnkişaf Konsepsiyasında" da öz əksini tapıb. Daxili imkanlar hesabına həyata keçirilən bu işlər təbii ki, erməniləri qıcıqlandırır. Onlar müharibə dövründə götürdüyü öhdəliklərə əməl etmirlər. Yenə də təxribatlara əl atırlar. Dəmir Yumuruğun təsirini yaxşıca dərk edən ermənilər Azərbaycanın irəli sürdüyü 5 prinsip ilə razılaşıb sülh müqaviləsinə imza atmasalar yaxın zamanda xəritədən silinmək təhlükəsi ilə qarşı-qarşıya qaldırlarını anlayırlar. Artıq regionda söz sahibi Azərbaycandır. Bu gün Azərbaycanın həyata keçirdiyi siyasət təkcə ölkəmizin firavanlığı üçün deyil, ümumilikdə region ölkələri üçün ən optimal siyasətdir.
Artıq beynəlxalq təşkilatlar da erməni barbarlığı barəsində kifayət qədər məlumatlıdırlar. Statistik araşdırmalar da onu deməyə əsas verir ki, istər ABŞ istərsə də digər beynəlxalq qurumların hər il Ermənistana ayırdığı yardımların miqdarı azalır. Bu isə onunla əlaqədardır ki, onların barbar siyasəti iflas olur. Bütün bu sadaladığımız məsələlər isə Dövlət başçısı İlham Əliyevin qətiyyəti və uzaqgörən siyasəti nəticəsində bərqərar olur. Bu tərəqqi yolunda isə daim dövlət başçımızın yanındayıq!
Mətanət Səfərli
YAP Nəsimi rayon təşkilatının əməkdaşı