“Heydər Əliyev müasir Azərbaycanın qurucusudur” mövzusunda inşa yazı müsabiqəsi keçirilib

 

Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə əlaqədar paytaxt və bölgələrdə  silsilə tədbirlər keçirilir. Ölkənin ictimai-siyasi həyatında aparıcı rol oynayan, Ümummilli Liderin yaradıcısı olduğu və hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə  uğurla inkşiaf edən Yeni Azərbaycan Partiyasının hər bir rayon və şəhər təşkilatının keçirdiyi tədbirlər də davamlılığı ilə diqqət çəkir.

Yeni Azərbaycan Partiyası (YAP)  Xətai rayon təşkilatının və Xətai Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Xətai rayonunun orta ümumtəhsil məktəblərinin şagirdləri arasında "Heydər Əliyev müasir Azərbaycanın qurucusudur" mövzusunda keçirilən  inşa yazı müsabiqəsi də bu silsilədəndir.

Müsabiqənin nəticələrinə görə, Humanitar fənlər təmayüllü məktəb-liseyin şagirdi Xatirə Nəcəfli  I yerə, 191 nömrəli tam orta məktəbin şagirdi Nəzrin Novruzova  II yerə,  25 nömrəli  tam orta məktəbin şagirdi Elcan  İsmayıllı   və 27 nömrəli tam orta məktəbin şagirdi  Aybəniz Abbasova  III yerə layiq görülüblər.  17 nömrəli  tam orta məktəbin şagirdi Fatimə  Rzayeva,   55 nömrəli  tam orta məktəbin şagirdi Fatimə Məmmədzadə, 95 nömrəli  tam orta məktəbin şagirdi Fidan Rzaquliyeva, 257 nömrəli  tam orta məktəbin şagirdi Çinarə  Əsədzadə və  265 nömrəli  tam orta məktəbin şagirdi Fidan Tayıbzadə isə  fərqləndiklərinə görə diplomla təltif olunublar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31