Rusiya müdafiə nazirlinin açıqlaması təhdiddən çox gücsüzlüyün etirafı təsiri bağışlayır

"Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu deyib ki, "Ukrayna qoşunları üçün silah-sursat gətirən NATO nəqliyyat vasitələri məhv ediləcək". Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinin ehtiyacları üçün ölkə ərazisinə silah və ya materiallar gələn istənilən nəqliyyat vasitəsini məhv etmək onlar üçün qanuni hədəf hesab olunur". "Olaylar" xəbər verir ki, bunu deyən siyasi şərhçi Elçin Mirzəbəylinin sözlərinə görə, müdafiə naziri Sergey Şoyqunun bu açıqlamasından belə anlaşılır ki, Rusiyanın Ukraynada öz məqsədinə çata bilməməsinin səbəbi bu ölkəyə NATO silahlarının daşınmasıdır. Bu isə Rusiya hərbi sənaye kompleksi və ordusunun NATO silahları qarşısında acizliyinin etirafı kimi də dəyərləndirilə bilər: "Digər tərəfdən, ola bilsin ki, Rusiya hərbi kəşfiyyatı Ukraynaya bu ölkənin müdafiə qabiliyyəyini gücləndirəcək və rus ordusu üçün yeni problemlər yaradacaq yeni silahların və hərbi texnikanın gətiriləcəyi barədə məlumat əldə edib və Şoyqunun əndişəsi də bununla bağlıdır. Amma bütün hallarda Rusiya müdafiə nazirlinin açıqlaması təhdiddən daha çox gücsüzlüyün etirafı təsiri bağışlayır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31