Rusiyada müharibə əleyhdarlarını hansı cəzalar gözləyir? – Şahnazarov AÇIQLADI - VİDEO
4 May 2022 12:12 Siyasət"Rusiyada müharibə əleyhdarlarını sterilizasiya və konslager gözləyir".
Bu fikiri rusiyalı kinorejissor, "Mosfilm"in baş direktoru Karen Şahnazarov "Rossiya-1" telekanalına müsahibəsində səsləndirib:
"Z hərfinin əleyhdarları başa düşməlidirlər ki, onlara aman verməyəcəklər. Burada artıq hər şey fərqlidir: konslagerlər, yenidən tərbiyələndirmək... Sterilizasiya! Hər şey ciddidir" - Şahnazarov deyib.
Xatırladaq ki, Şahnazarov Rusiyanın Ukraynaya müdaxiləsini ilk gündən açıq şəkildə dəstəkləyib.
konkret.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31