Ceyhun Bayramov Fransa XİN-in Şərq Tərəfdaşlığı üzrə səfiri ilə görüşüb
4 May 2022 10:55 SiyasətAzərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov mayın 3-də Fransa Respublikasının Xarici İşlər Nazirliyinin Şərq Tərəfdaşlığı üzrə səfiri Bris Rokföy ilə görüşüb. Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən "Olaylar"a bildiriblər ki, görüşdə Azərbaycan ilə Ermənistan arasında dövlətlərarası münasibətlərin normallaşdırılması prosesi və bu istiqamətdə atılan addımlar müzakirə edilib. Xüsusilə Brüssel görüşündən sonra əldə edilmiş razılaşmaların icra vəziyyəti barədə fikir mübadiləsi aparılıb. Görüşdə, eyni zamanda, regiondakı cari vəziyyət və beynəlxalq gündəlikdə duran digər məsələlər müzakirə olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31