Xarici işlər naziri Ceyhun Bayramov və səfir Bris Rokföy arasında görüş olub - FOTO
3 May 2022 20:48 Siyasət3 may 2022-ci il tarixində xarici işlər naziri Ceyhun Bayramov Fransa Respublikasının Xarici İşlər Nazirliyinin Şərq Tərəfdaşlığı üzrə səfiri Bris Rokföy ilə görüşüb.
Olaylar.az bildirir ki, Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, görüşdə Azərbaycan və Ermənistan arasında dövlətlərarası münasibətlərin normallaşması prosesi və bu istiqamətdə atılan addımlar müzakirə edilib. Xüsusilə Brüssel görüşündən sonra əldə edilmiş razılaşmaların icra vəziyyəti barədə fikir mübadiləsi aparılıb.
Görüşdə, eyni zamanda regiondakı cari vəziyyət və beynəlxalq gündəlikdə duran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.



Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31