Bu barədə Ermənistan parlamentinin vitse-spikeri, "Hayastan" fraksiyasının deputatı İşxan Saqatelyan mətbuata açıqlama verib. O, saat 08:30-dan etibarən müxalifətin sosial şəbəkələrdə dinc vətəndaş itaətsizliyinin aksiyalara keçdiyini bildirib.
Müxalifət Koryun küçələrindən yürüşə başlayıb, Heratsi küçəsindəki tuneli bağlayıb, daha sonra Xancyan və Nalbandyan küçələri də bağlanıb.
Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları aksiya iştirakçılarını saxlayaraq polis bölməsinə aparır.
Xatırladaq ki, müxalifət hazırkı rəhbərliyi hakimiyyətdən uzaqlaşdırmaq niyyətini bəyan etmişdi.
sfera.az





