Türk silahları Rusiya-Ukrayna müharibəsinin favoritinə çevrilir
1 May 2022 21:53 SiyasətUkraynaya aid Kütləvi İnformasiya vasitələri son günlər Ukraynanın Avropa İttifaqından tələb etdikləri silahlar haqqında yenidən danışmağa başlayıblar. Təbii ki, müharibə daha qızğın mərhələsinə qədəm qoyduqca Kiyev hökuməti ruslara qarşı müqaviməti gücləndirmək üçün tələb olunan silah və hərbi texnika haqqında daha bərkdən danışmağa başlayırlar. Avropa İttifaqı Hərbi məsələlər üzrə Baş Direktoruna Ukraynanın Avropa Missiyasının Başçısının müavini İrina Yefremova tərəfindən hazırlanan 14 səhifəlik siyahi təqdim olunmuşdur. Siyahinin 11 martda çatdırılmasına baxmayaraq orada göstərilən silah və hərbi texnika bu gün də Ukrayna üçün həyati əhəmiyyət daşıyır və müharibənin ikinci ayı arxada qalmasına baxmayarq yenə də aktualdır.
Ukrayna tərəfindən tələb olunan siyahinin indi ortaya çıxarılması da böyük ehtimalla Avropa İttifaqı və Amerika Birləşmiş Ştatlarını Ukraynanın silahla təchiz olunması məsələsinin bu gün daha ciddi əhəmiyyət kəsb etməsinə işarədir.
Siyahidə bizim diqqətimizi cəlb edən əssas məsələ Ukraynanın əldə etmək istədiyi silahlar arasında Türkiyə istehsalı olan silah və hərbi ləvazimatın xüsusi vurğulanmasıdır. Bu siyahi ilə tanış olmazdan öncə çoxları düşünürdü ki, Ukrayna hələ müharibə başlamamışdan qabaq Türkiyədən əldə etdiyi Bayraktar TB-2 dronları ilə maraqlanır və siyahidə olan silahlar onlardan ibarətdir. Amma Bayraktarlarla yanaşı Tük silah istehsalçılarının onlarla müxtəlif adda silah və hərbi sursatlarının adlarını gördükdə həqiqətən yaxşı mənada təəccübləndik. Bu silahların bəzilərinin adlarını biz ilk dəfə idi ki, duyurduq. Amma Ukraynalı mütəxəssislər onlarla yaxından tanış idilər və hətta NATO-da istifadə olunan eyni silahlardan daha yüksək göstərişlərə sahib olduğunu bilirdilər. Ukrayna hərbçilərinin Türkiyədən almaq istədiyi silahların miqdarı milyardlarla dollarla ölçülürdü.
Siyahinin həqiqətən Ukrayna tərəfindən hazırlanıb Avropa İttifaqına təqdim edildiyinə heç kimdə şübhə yoxdur. Amma bu silahların Türkiyədən alınması məsələsi Brüssel üçün çətinlik yaradır. Çünki orada Ukraynalıların Türkiyə istehsalı olan silahlara bu qədər böyük önəm verdiklərini qısqanclıqla qarşılayır və Türkiyəyə bu haqda müraciət etməyə tərəddüd edirlər. Digər tərəfdən Avropa İttifaqı son günlərə qədər Türkiyəyə silah ixracı sahəsində sanksiya tətbiq etmişdi. Onlar Türkiyənin Suriyadakı PKK və YPG terroristlərinə qarşı bu silahlardan istifadə etməsini qəbul edə bilmirdilər.
Digər tərəfdən Qarabağ uğrunda döyüşlərdə çox yüksək texniki göstəricilərə malik olduğunu nümayiş etdirən və bu müharibənin simvoluna çevrilən Bayrakdarları tənqid edəndə Qərb dairələri düşünmürdülər ki, zaman gələcək bu təyyarələri almaq üçün sıraya düzüləcəklər.
Ukraynanın Türkiyədən almaq istədiyi silahlara nümunə olaraq aşağıdakıları qeyd edə bilərik:
-Qorqud hava hücumundan müdafiə sistemi və ona aid 800.00 ədəd döyüş sursatı.
- 8 ədəd orta mənzilli hava-yer raket batereyası Hisar-O,
- 720 ədəd Hisar-O raketləri,
-500 ədəd MAM-S çoxfunksiyalı raketlər,
-500 ədəd MAM-L raketləri
-5 batereya ANKA-S hücum dronları,
Türkiyənin radarlara qarşı tətbiq etdiyi sitem dronlarla birlikdə istifadə edilərək Liviya, Suriya və Qarabağda Rus silahlarına qarşı olduqca səmərəli olduğunu sübut edə bilmişdir. Bu silahlar Rus radarlarını bəzi hallarda tamamilə sıradn çıxarmağa nail ola bilmişdilər.Elə buna görə də Ukrayna Avropa İttifaqından 10 ədəd belə antiradar sisteminin alınmasını istəmişdi.
Siyahidə yer tutan silahlardan bəziləri Türkiyə silah sənayesi üçün çox əhəmiyyətli olduğuna görə onların Ukraynaya verilməsi mümkün olmaya bilər. Çünki bu silahların dünyada anoloqu yoxdur və Türk hərbçiləri onları Ukraynada nümayişə çıxarmaqda maraqlı deyillər. Belə silahlara nümunə olaraq MİLKAR-4A2 HF və MİLKAR-3A3 V/UHF radardan müdafiə sistemlərini missal göstərmək olar.
Bayraktar Qarabağ döyüşünün simvolu və qəhrəmanı hesab olunurdusa , indi digər Türkiyə istehsalı olan silahlar Rusiya-Ukrayna müharibəsi leksikonuna daxil olur.
Vaxt gələcək onlarla Türk silahının Ukrayna cəbhəsində yaratdığı möcüzələr haqqında daha ucadan danışa biləcəyik. İndi Bayraktar TB-2-nin Qarabağda oynadığı möhtəşəm roldan danışdığımız kimi.
Əlimusa İbrahimov
Politoloq.