Mehriban Əliyeva bu dövlət qurumlarına minnətdarlıq etdi
29 Aprel 2022 16:18 SiyasətBirinci vitse-prezident Mehriban Əliyeva Sumqayıtda "Azərsun Sənaye Parkı"ndakı yanğının söndürülməsində iştirak edən dövlət qurumlarının əməkdaşlarına minnətdarlıq edib.
Olaylar.az xəbər verir ki, birinci xanımın instaqramdakı paylaşımında deyilir:
"Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində yerləşən "Azərsun Sənaye Parkı"nın ərazisində baş vermiş yanğının söndürülməsi və nəticələrinin aradan qaldırılmasında iştirak etmiş dövlət qurumları əməkdaşlarının peşəkarlığı ilə fəxr edir və onlara dərin minnətdarlığımı bildirirəm".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31