Ceyhun Bayramov beynəlxalq konfransın iştirakçıları ilə görüşüb - FOTO
29 Aprel 2022 15:50 SiyasətAzərbaycan Xarici işlər naziri Ceyhun Bayramov ADA Universitetində "Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq" mövzusunda beynəlxalq konfransının iştirakçıları ilə görüşür.
Olaylar.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin "Twitter" səhifəsində bildirilib.
Qeyd olunub ki, nazir son regional hadisələrdən, o cümlədən Azərbaycanın regionda sülhün və təhlükəsizliyin təmin edilməsinə baxışından danışır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31