Putinlə Zelenski G20 sammitinə dəvət olunublar
29 Aprel 2022 15:10 Siyasətİndoneziyada baş tutacaq G20 sammitinə Ukrayna və Rusiya prezidentlərinin hər ikisi dəvət olunub.
İlk öncə Volodimer Zelenski İndoneziyanın prezidenti ilə telefon danışığında ona sammitə dəvət üçün təşəkkürünü bildirmişdi.
Xarici mətbuat Rusiya prezidenti Vladimir Putinin bu sammitə çağırılmayacağını yazsa da, artıq onun da dəvət aldığı bildirilir.
Sammit çərçivəsində Putinlə Zelenskinin görüşü nəzərdə tutulmayıb.
BakuPost
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31