Şuşada MM-in Komitə İclaslarının keçirilməsi xüsusi əhəmiyyət daşıyır- Deputat
29 Aprel 2022 10:45 Siyasət"Şuşada Milli Məclisin Komitə İclaslarının keçirilməsi bir çox aspektlərdən xüsusi əhəmiyyət daşıyır. Ermənilər Şuşanın Azərbaycan üçün hansı əhəmiyyət daşıdığını çox yaxşı bilirlər. O vaxt əbəs yerə deyilmirdi ki, Şuşa kimdədirsə, Qarabağ ondadır". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Ceyhun Məmmədovun sözlərinə görə, hələ bir neçə il bundan əvvəl ermənilər Şuşada Qarabağın xalq məclisi üçün bina tikmək istəyirdilər: "Ancaq Prezident İlham Əliyevin rəhbərliyi, Azərbaycan xalqının birliyi və ordumuzun rəşadəti sayəsində ermənilər arzularını həyata keçirə bilmədilər. "Əziz Şuşa, sən azadsan!" Necə möhtəşəm ifadədir. Məncə, bütün ifadələr Şuşanın möhtəşəmliyini ifadə etməkdə acizdir. 30 ilə yaxın idi ki, biz səbirsizliklə bu günü gözləyirdik. Allah dövlətimizi qorusun! Yaşasın Ali Baş Komandan! Eşq olsun Azərbaycan ordusuna! Allah birlik və bərabərliyimizi hər zaman qorusun! Allah bütün şəhidlərimizə rəhmət eləsin!"
![]()