Amerikanın Ukraynaya ayırdığı yardımın 10 dəfə artırılması nə ilə nəticələnə bilər?

"Amerika Birləşmiş Ştatları tərəfindən Ukraynaya yardım məqsədi ilə ayrılan vəsaitin yaxın günlərdə 10 dəfədən  artırılmasının şahidi olacağıq. Bu Baydenin Konqresə Baydenin Ukrayna üçün 33 milyard dollar vəsit ayrılması haqqında müraciəti təsdiq olunduqdan sonra həyata keçəcək. Bu barədə Ağ evdən rəsmi şəkildə məlumat verilib.Baydenin sözlərinə görə: "bu qanun bizə Ukraynanın azadlıq uörunda mübarizəsinə yardım etmək üçün lazımdır. Bu mübarizənin qiyməti ucuz deyil, amma təcavüzkarın qarşısında geri çəkilmək daha bahalı olacaq". Bunu "Olaylar"a deyən politoloq Əlimusa İbrahimovun sözlərinə görə, ayrılması nəzərdə tutulan 33 milyarddan 20 miyard dolları məhz silah və hərbi ləvazimat almağa sərf olunacaq, 8,5 milyar dollar sırf iqtisadi yardımdır, 3 milyar dollar isə hümanitar sahələrə və ərzaq alınmasına sərf olunacaq: "Əgər Rusiya ilə Ukrayna arasında müharibənin baş verdiyi iki ay müddətində Amerika tərəfində Ukraynanın silah və hərbi sursatla təmin edilməsinə xərclənən vəsitin cəmi 3,3 milyard dollar olduğunu nəzərə alsaq, konqresin ayıracağı yeni yardım paketinin Zelenskiyə nələr vəd etdiyini təsəvvür etmək mümkündür. Bu vəsait Ukrayna ordusunun çox qısa zamanda NATO standartlarına çatdırılmas ilə nəticələnəcək. Təsəvvür edək ki, Ukrayna 2014-cü ildən bəri, dinc şəraitdə ordud həyata keçirə bilmədiyi yenidənqurmanı çox qısa zamanda, şiddətli döyüşlər gedə-gedə yerinə yetirəcək.Amerika Birləşmiş Ştatlarının bu vaxta qədər ayırdığı və bundan sonra ayırmağı nəzərdə tutduğu yardım, Ukrayna üçün ayrılan həri dəstəyin nəzərəçarpacaq hissəsi olsa da, hələ Avropa ölkələri və NATO-nun digər üzvləri də var. Görünən budur ki, yaxın günlərdə Rusiya-Ukrayna cəbhəsində vəziyyətin daha da gərginləşməsinin şahidi olacağıq. Bütün bu təzyiqlərin qarşısında Rusiyanın davam gətirəcəyi getdikcə çətinləşir.Belə vəziyyətdə Rusiyanın tez-tez nüvə silahının istifadəyə gətirilə biləcəyi haqqında xəbərdarlıqların nə məqsədlə eildiyi məlum olur. Rusiyanın manevr etmək imkanları hər keçən gün azalır. Tunelin sonunda nüvə başlıqları ilə təchiz olunmuş "Sarmat"ların kolgəsi görünür.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31