Almaniya parlamenti Ukraynaya ağır silahların göndərilməsinə razılıq verdi

Almaniya Bundestaqı Ukraynaya ağır alman silahların tədarükü təşəbbüsünü böyük səs çoxluğu ilə təsdiqləyib.

Qanun layihəsində deyilir: "Rusiyanın beynəlxalq bazarlardan geniş iqtisadi təcridi və blokadası ilə yanaşı, hərbi əməliyyatları dayandırmağın ən mühüm və effektiv vasitəsi effektiv silahların, mürəkkəb sistemlərin, o cümlədən ağır silahların tədarükünü intensivləşdirmək, sürətləndirməkdir".

Bundestaqın vitse-prezidenti Volfqanq Kubiçkinin sözlərinə görə, qanun layihəsi həm Almaniyanın hakim koalisiyasının üç partiyası, həm də müxalif mühafizəkarlar tərəfindən dəstəklənib. Sənəd 586 lehinə, 100 əleyhinə, 7 deputat bitərəf olmaqla qəbul edilib.

Reuters

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31