Şuşa beynəlxalq tədbirlərin keçirildiyi mərkəzə çevrilib - Aydın Kərimov
28 Aprel 2022 16:29 SiyasətŞuşa bu gün Azərbaycanda beynəlxalq tədbirlərin keçirildiyi mərkəzə çevrilib.
Bunu Azərbaycan Prezidentinin Şuşadakı xüsusi nümayəndəsi Aydın Kərimov "Cənubi Qafqazda inkişaf və əməkdaşlıq" mövzusunda beynəlxalq konfrans zamanı deyib.
"Mən buna görə Prezident İlham Əliyevə təşəkkürümü bildirmək istəyirəm. Son il ərzində Şuşa Qarabağda mühüm beynəlxalq tədbirlərin keçirilməsi üçün vacib məkana çevrilib. Deyə bilərəm ki, bu, regionun gələcək inkişafı və uzunmüddətli sülh üçün vacib töhfədir", - A.Kərimov deyib.
trend.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31