Ata Abdullayevdən XƏBƏR VAR
28 Aprel 2022 14:50 SiyasətHədə-qorxu ilə tələb etmədə təqsirləndirilən Ata Abdullayev barəsində olan hökmdən kassasiya şikayəti verib.
Bu barədə onun vəkili Telman Abdıyev bildirib.
O deyib ki, kassasiya şikayəti Ali Məhkəməyə təqdim edilib.
Məhkəmənin vaxtı yaxın günlərdə məlum olacaq.
Qeyd edək ki, A.Abdullayev 2021-ci ilin martında həbs edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 7 il müddətinə azadlıqdan məhrum olunub. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin çıxardığı hökmü dəyişdirmədən qüvvədə saxlayıb.
Report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31