“Ermənistan təxribatçıdır və biz doğru bildiyimiz addımları atacağıq”
28 Aprel 2022 13:48 SiyasətErmənistanın Azərbaycan sərhəddində törətdiyi təxribatlar və sülhün təmin olunması prosesində atılan addımların nəticələri haqqında politoloq Yeganə Hacıyeva "OLAYLAR.az" a verdiyi açıqlamasında bildirib ki , Qarabağ konfliktinin həlli mərhələsinin bütün dövrlərində Ermənistan tərəfi bu prosesləri sabotaj edib:" Əgər daha öncə-torpaqları işğal altında saxladığı dövrlərdə konfliktin qalib tərəfi kimi prosesləri sabotaj edirdisə, 44 günlük Vətən müharibəsindən sonra uduzmuş halda da sülh danışıqlarını və konfliktin yerdə qalan siyasi həlli hissəsini sabotaj etməklə məşğul olur. Bunu bir neçə istiqamətdə edir. Əlbəttə, bu təşəbbüslərin hamısı Ermənistanın yalnış addımlarıdır. Ancaq , digər bir məqama da nəzər yetirmək lazımdır ki , Ermənistan bu prosesdən istifadə edərək, bizim 44 günlük Vətən müharibəsindən sonra yeni reallıqlarda müəyyən bir mövqelərini ya əldə etmək, ya da varsa möhkəmləndirmək üçün bəzi dairələrdən kömək alır. Bu dairələr Ermənistandan ciddi şəkildə istifadə edirlər. Bunu belə adlandırmaq olar ki , Ermənistan bu dairələri özü prosesə cəlb etmək üçün təxribatlara əl atır, müəyyən bir fakt və əsaslar formalaşdıraraq onların bu prosesə cəlb olunmasını istəyir. Biz konfliktin həlli istiqamətində 30 ilə yaxındır yararsız və səriştəsiz fəaliyyət göstərən ATƏT-in Minsk Qrupunun, 44 günlük Vətən müharibəsindən sonra proseslərə cəlb olunması cəhdlərini gördük.
Baxmayaraq ki , bu prosesdə ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrindən biri 3 tərəfli razılaşmanın bir tərəfi idi. Amma buna rəğmən digərləri, xüsusilə Fransa bu proseslərə cəlb olunmaq istəyirdi. Hətta Ermənistan tərəfinin delimitasiya və demarkasiya məsələləri ilə bağlı Fransanın cəlb olunması çağırışlarını da eşitdik və Emanuel Makronun bu istiqamətdə mesajlarını gördük.
Ermənistan həm 44 günlük Vətən müharibəsi, həm də sonraki dövrdə yalnız Fransadan deyil , İrandan da istifadə etməyə çalışdı. Ermənistanın bu cür təşəbbüsləri kənar qüvvələri bu münaqişəyə cəlb etmək və konfliktin yerdə qalan məsələlərinin həlli istiqamətində tərəf kimi göstərməyə çalışmaq idi. Bu addımların hər birinin cəmi 1 məqsədi var idi. Qarabağın geri qaytarılması, işğal və təcavüzkar siyasətin davam etdirilməsi.
Nikol Paşinyan bir neçə istiqamətdə epizodik olaraq qeyd edib ki, Azərbaycan ərazisini tanıyır. Qarabağ Azərbaycan ərazisidir fikrini isə mövcüd problemləri üzərindən atmaq üçün parlamentdə səsləndirib.
İki ölkə arasında sülh danışıqlarının aparıldığı bir vaxtda Azərbaycanın sərhədlərini atəşə tutmaq Ermənistanın sülh prosesini növbəti dəfə sabotaj etmə cəhdidir. Son dəfə olaraq sülhə məcbur etmə yönündə Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev bir sıra addımlar atıb və bu addımları atmaqda məqsədlidir. Görsənən odur ki ,bu addımların atılmasında və sülh prosesinin qısa zaman ərzində həll olunmasında kənar güclərdən istifadə edə bilərik. 3 tərəfli razılaşmanın IV bəndinin həyata keçirilməsi və Ermənistanın sərhədlərimizi pozaraq təxribat xarakterli atdığı addımlara cavab olaraq Azərbaycan anti-terror əməliyyatları aparacaq. Sülhə məcbur etmə əməliyyatına yalnız hərbi əməliyyatlar deyil , həm də hüquqi vasitələr aid olunacaq. Hüquqi olaraq Beynəlxalq Münasibətlərdə ikitərəfli konfliktin həll olunmasında və sülhə məcbur etmə prosesində bir sıra üsullar var . Azərbaycan bu üsullardan da istifadə edərək sülhün təmin olunmasına nail olacaq .
Ukrayna-Rusiya müharibəsi bütün post-sovet ölkələrində baş verən konfliktlərin hər birinin aktivləşməsinə səbəb olub. Biz bu aktivliyi Qarabağda , Dnestryanı qondarma quruluşda , Osetiyada və başqa münaqişəli ərazilərdə görürük və biz bir müddət bu aktivliyi hələ də müşahidə edəcəyik. Azərbaycanın bu aktivliklə bağlı ciddi gördüyü işlər vardır . Fərrux yüksəkliyinin əldə olunması ilə biz göstərdik ki , ErmənistanIn atdığı təxribat xarakterli addımlar bizim təhlükəsizliyimizə hədədirsə , biz düşünmədən 3 tərəfli razılaşmanın digər tərəfi olan Rusiyanın Qarabağda sülhməramlılarını yerləşdirməsinə baxmayaraq , doğru bildiyimiz addımları atacağıq".
Nəsimi Ələsgərli