"Azərbaycan Şuşanın azad edilməsi üçün ağır silahlardan istifadə etməyib"
28 Aprel 2022 13:28 SiyasətAzərbaycan Şuşa şəhərinin azad edilməsi üçün ağır silahlardan istifadə etməyib.
Bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Şuşada "Cənubi Qafqazda inkişaf və əməkdaşlıq" mövzusunda beynəlxalq konfrans zamanı deyib.
"Biz Şuşa şəhərinin azad edilməsi üçün ağır silahlardan istifadə etməmişik, çünki biz şəhərin mədəni, tarixi əhəmiyyətini çox yüksək qiymətləndiririk", - deyə o bildirib.
Onun sözlərinə görə, Şuşa azərbaycanlıların qəlbində xüsusi yer tutur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31