Şuşada beynəlxalq konfrans işə başlayıb
28 Aprel 2022 13:57 SiyasətŞuşada beynəlxalq beyin mərkəzlərinin "Cənubi Qafqaz: İnkişaf və Əməkdaşlıq" adlı beynəlxalq konfrans işə başlayıb. "Olaylar" xəbər verir ki, forum Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və ADA Universitetinin təşkilatçılığı ilə keçirilir. Konfrans çərçivəsində müxtəlif ölkələri təmsil edən ekspertlər və beyin mərkəzlərinin nümayəndələri postmünaqişə dövründə Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə, o cümlədən Şuşada infrastrukturun bərpasını müzakirə edəcəklər. Bundan başqa, konfrans iştirakçıları regionda dayanıqlı sülhün bərqərar edilməsini və regional kommunikasiyaların açılması imkanlarını nəzərdən keçirəcəklər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31