“Rusiya donanması Ukraynaya zərbə endirmək qabiliyyətini saxlayır” –Britaniya kəşfiyyatı

Rusiya Hərbi Dəniz Qüvvələrinin 20-yə yaxın gəmisi, o cümlədən sualtı qayıqlar Qara dənizin əməliyyat zonasında yerləşir.

Bu barədə Britaniya Müdafiə Nazirliyinin bugünkü hesabatında bildirilir.

""Saratov" desant gəmisi və "Moskva" kreyserinin itkilərinə baxmayaraq, Rusiyanın Qara Dəniz Donanması Ukrayna və sahilyanı hədəflərə zərbə endirmək qabiliyyətini saxlayır", - Britaniya kəşfiyyatı vurğulayıb.

O da qeyd olunur ki, Bosfor bütün döyüş gəmiləri üçün bağlı qalır. Bu da Rusiyanın Qara dənizdə itirilmiş "Moskva" kreyserini əvəzləməsinə imkan vermir.

Xatırladaq ki, "Moskva" kreyserinə hücumdan sonra Rusiya hərbi gəmilərini Ukrayna sahillərindən 200 kilometr uzaqlaşdırıb.

Azpost.info

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31