Putin bu dəfə “Sarmat” a güvənərək xəbərdarlıq edib

Rusiya yer üzünün ən dağıdıcı silahından istifadə edə bilərmi?

Bütün dünyanın diqqət mərkəzində olan Rusiya-Ukrayna müharibəsi davam etməkdədir. Rəsmi məlumatlara görə, Rusiya hərbi əməliyyatların sayını artırmaq younu tutub. Belə ki, mülki əhali arasında itkilərinn çoxalmasına əhəmiyyət vermədən Ukraynanın hər yerində artilleriya və raket hücumlarını sürətləndirir. İndiyə qədər prosesə müdaxiləsi xüsusi olaraq müşahidə edilməyən Rusiya Hərbi Hava Qüvvələri dağıdıcı hava zərbələri endirir. Böyük kiberhücumlarla kritik infrastruktur obyektləri hədəf alınır. Ukraynada elektrik və kommunikasiya xətləri kəsilir, minlərlə dinc sakin, xüsusən uşaq ölür. Qəhrəmancasına müqavimət göstərməsinə baxmayaraq, şəhərlər ardıcıl olaraq dağıdılır. Ukraynanın müqavimətini qıra bilməyən Rusiya ölkəni nüvə silahı və digər ballistik raketlərlə  hədələyir. Maraqlıdır, Rusiya sözügedən silahlardan istifadə edə bilərmi?  

Politoloq Əlimusa İbrahimov qeyd edib ki, Rusiya Prezidenti növbəti dəfə Ukraynada apardığı müharibədə Kiyev tərəfindən çıxış edən və hələlik ona silah və hərbi sursat baxımdan yardımı saxlayan ölkələri hədələyib. Amma bu dəfə o heç də nüvə arsenalından istifadə etməyə əl ata biləcəyini bildirməsə də söhbətin məhz nüvə arsenalından getdiyi özü-özlüyündə məlum idi. Nüvə kəlməsindən istifadə etməməsinə  baxmayaraq Putinin hədələri nüvə silahından istifadəyə işarə edəcək qədər təhlükəli oldu: "Hazırda davam edən hadisələrə kənardan müdaxilə etməyə və Rusiyaya strateji səciyyəli qəbuledilməz təhlükə yaratmağa çalışanlar bilməlidirlər ki, bizim onlara cavabımız, cavab zərbəmiz ildırımsürətli və anında olacaq. Bunun üçün əlimizdəki  vasitələrimiz yetərincədir- bu vasitələrin mövcudluğu ilə indi  heç kim öyünə bilməz. Biz də öyünməyəcəyik - biz onlardan istifadə edəcəyik, lazım gələrsə!" Belə isə Putini daha cəsarətli, daha qətiyyətli çıxış etməsini saxlayan vasitə nədir? Politoloq qeyd edib ki, həmin vasitə bu yaxınlarda Rusiyanın sınaqdan keçirdiyi qitələrarası ballistik raket "Sarmat" ola bilər: "Bu, eyni zamanda rusların nüvə daşıyıcıları barədə dünya dövlətlərinə növbəti  xəbərdarlığı idi. Bu raket hansı xüsusiyyətlərinə görə Rusiyanın  daha cəsarətli çıxış etməsinə səbəb olub? Vladimir Putin hesab edir ki, Rusiyanın yeni nüvə silahı dünya dövlətlərini Moskvanın maraqlarına qarşı çıxmaq istəyəndə iki dəfə düşündürməyə məcbur edəcək. "Sarmat" Rusiyanın Şimal-Qərbində yerləşən Plesetsk kosmodromundan buraxılıb və Uzaq Şərqdə yerləşən  Kamçatkada hədəfi məhv edib. Raketin ilkin sınağı uğurla həyata keçirildikdən sonra jurnalistlər qarşısına çıxan Putin " Sarmat " haqqında demişdi: " Yeni kompleks çox yüksək taktiki-texniki xüsusiyyətlərə malikdir və mövcud olan bütün raketdənmüdafiə sistemlərini dəf etməyə qadirdir. Onun anoloqu yoxdur və uzun müddət olmayacaq. Bu, həqiqətən, bənzərsiz silahdır və bizim silahlı qüvvələrimizin hərbi potensialını möhkəmləndirəcək, Rusiyanı xarici təhlükələrdən etibarlı müdafiə edəcək". ABŞ Konqresinin Təhqiqat Xidmətinin məlumatına görə isə hər bir "Sarmat" raketi 10 və daha artıq nüvə başlığı ilə təchiz ediləcək. Rusiya hərbi dairələrindən verilən məlumata görə yeni qitələrarası ballistik raket səsdən 27 dəfə artıq sürətlə hərəkət etmək qabiliyyətinə malikdir. Raketin rəsmi adı RC-28 "Sarmat"-dır və ilkin qiymətləndirməyə görə onun uçuş mənzili 18 min km-dir. Hesab edirlər ki, raket buraxıldıqdan bir saat sonra dünyanın sonundakı hədəfi vurmaq qabiliyyətinə malikdir. İkinci Dünya müharibəsi zamanı Yaponiyanın Xirosima şəhərinə atılan atom bombası ilə müqayisə etdikdə "Sarmatın" gücü 50 dəfə artıqdır. Strateji və beynəlxalq tədqiqatlar Mərkəzinin elmi əməkdaşı İan Uilyamsın fikrincə bu, yer üzündə ən dağıdıcı silahdır. Məlum olduğu kimi Rusiya Ukrayna ilə müharibədə buna qədər hipersonik "Xəncər" ballistik qitələrarsı raketdən istifadə etmişdi. Hələ o zaman Amerika Birləşmiş Ştatlarının Prezidenti Jozef Bayden " Xəncər" in xüsusiyyətlərindən danışarkən onun görünməz olmasından başqa ciddi üstünlüyünün olmadığını bildirmişdi. " Sarmat" haqqında isə Bayden hələ fikir bildirməyib. Amma Amerika hərbçiləri Pentaqonda "Sarmatın" sınaqdan keçirilməsini sıradan bir hadisə kimi qiymətləndirərək onu ciddiyə almamışlar. Belə olan halda Putinin təhdidlərinin  Qərb dairələrində hansı rezonans yaradacağı maraqla gözlənilir".

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31