Şuşada növbəti komitə iclası keçirilir
27 Aprel 2022 13:24 SiyasətMilli Məclisin İnsan hüquqları komitəsi ilə İctimai birliklər və dini qurumlar komitəsi Şuşa şəhərində birgə iclas keçirir."Olaylar" xəbər verir ki, hazırda davam edən iclasın gündəliyinə 3 dinləmə daxil edilib. Gündəlik aşağıdakı kimidir:
1. İşğaldan azad edilmiş ərazilərdə dini abidələrin bərpası sahəsində tədbirlərlə bağlı dinləmə;
2. Böyük Qayıdış: Məcburi köçkünlərin torpaq və əmlak hüquqlarının təmin edilməsində beynəlxalq hüquq və humanitar təsisatların yeri və rolu ilə bağlı dinləmə;
3. Şuşa ili: Qarabağda zəfərin davamı kimi beynəlxalq hüquqi, regional və humanitar nəticələrlə bağlı dinləmələr.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31