Qarabağ savaşı göstərdi ki, hay diasporu əvvəlki qədər güclü deyil -Deputat
27 Aprel 2022 12:32 Siyasət"Ümid edirəm ki, xaricdəki soydaşlarımız dövlət başçımızın çağırışına əməl edərək bölgəmizdəki reallığın yaşadıqları ölkələrdə olduğu kimi bilinməsi üçün vaxt və enerjilərini əsirgəməyəcəklər". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Sahib Alıyevin sözlərinə görə, İkinci Qarabağ savaşı göstərdi ki, hay diasporu bəlli səbəbdən daha yaxşı təşkilatlana, yerləşdikləri ölkələrin siyasi istebleşmentiylə çuğlasa, güc strukturlarıyla sıx əməkdaşlıq qura, biri-digərinin maraqlarının istifadəçisi və ifadəçisi ola bilər, amma artıq təsirləri əvvəlki qədər güclü deyil: "Çünki ayrı-ayrı ölkələrdəki diasporumuz həmən günlər özünün mütəşəkkil, ardıcıl və ləyaqətli, bəli, xaricdəki soydaşlarımıza, Los-Anceles, Parisdəki diplomatik təmsilçiliklərimizə basqılar edən, terrorla hədələyən haylardan fərqli olaraq ləyaqətli fəaliyyətilə mümkün çərçivədə onların yalanlarının, təxribatlarının qarşısını ala bildi. Diaspor təmsilçilərimizə postkonflikt dönəmində də eyni əzmlə çalışmalarını arzulayıram".