Azərbaycan Prezidenti Gürcüstana səfərə dəvət edildi
27 Aprel 2022 12:30 SiyasətAzərbaycan Prezidenti İlham Əliyev Gürcüstana səfərə dəvət edilib.
Olaylar.az-ın xəbərinə görə, bunu Gürcüstanın xarici işlər naziri İliya Darçiaşvili aprelin 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qəbulunda olarkən bildirib.
Reklamınızı SmartBee ilə effektiv edin.
O, Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin salamlarını və Gürcüstana səfər etməklə bağlı dəvətini Prezident İlham Əliyevə çatdırıb.
Prezident İlham Əliyev salamlara və səfərə dəvətə görə minnətdarlığını bildirib, onun da salamlarını Gürcüstanın Baş nazirinə çatdırmağı xahiş edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31