"Biz Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafına böyük əhəmiyyət veririk" - Şahin Mustafayev

Azərbaycanla Rusiya arasında nəqliyyat və logistika sahəsində əməkdaşlıq üçün yeni imkanlar yaranır.

Olaylar.az bildirir ki, baş nazirin müavini Şahin Mustafayev Rusiya ilə Azərbaycan arasında iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın plenar iclasında deyib.

Onun sözlərinə görə, avtomobilı nəqliyyatı ilə daşımaların sürətlə artması dövlət sərhədində keçid məntəqələrinin təkmilləşdirilməsi məsələsini aktuallaşdırır.

"Biz Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafına böyük əhəmiyyət veririk. Layihənin tam gücü ilə işə salınması regionun inkişafına, ticarətin, tranzitin artımına xidmət edəcək. Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli bəyanatından nəqliyyat kommunikasiyalarının açılması və yeni infrastruktur marşrutların yaradılması üçün yaxşı imkanlar ortaya çıxır", - Ş.Mustafayev deyib.

Baş nazir müavini əlavə edib ki, Rusiya-Azərbaycan sərhədində keçid məntəqələrinin işinin sinxronlaşdırılması üzrə işlər davam edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31