Yardımlıda "ŞUŞA İLİ" ilə bağlı növbəti tədbir keçirilib

Yardımlı rayonunda "ŞUŞA İLİ" ilə bağlı növbəti tədbir keçirilib. "Olaylar" xəbər  verir ki, tədbirlər planına uyğun olaraq Yardımlı rayon Tarix-diyarşünaslıq muzeyinin növbəti tədbiri Yardımlı rayon uşaq musiqi məktəbinin iştirakı ilə baş tutub. Tədbirin ilk rəsmi hissəsində çıxışlar və məruzələr dinlənilib. Rəsmi hissə başa çatdıqdan sonra bədii hissə uşaq musiqi məktəbinin şagirdlərinin ifasında  tədbir davam edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31