Zaur Məmmədov : “Biz tarixi Azərbaycan torpaqlarında ədaləti bərpa etmək üçün nə lazım gələrsə etməyə hazırıq”
26 Aprel 2022 12:33 Siyasət"Zəngilana girmək istəyən Ermənistanın təxribat diversiya qrupu onu göstərmiş oldu ki, onlar təxribat xarakterli hərəkəti planlaşdırılmış şəkildə həyata keçirdilər. Gücsüz Ermənistan ordusununun əl atdığı bu təxribat bir sıra suallar ortaya qoyur ki, İrəvan bununla nəyə nail olmaq istəyir?. Əmri kimin verməsinnən asılı olmayaraq bütün məsuliyyət Ermənistanın baş naziri Nikol Paşinyanın üzərinə düşür".
"Hər gün baş verən təxribat onu göstərir ki, sərhədlərin dəqiqləşdirilməsi və müəyyənləşdirilməsi aparılmadan biz gələcək vaxtlarda da tez-tez belə provakasiyalar və eyni zamanda lokal hərbi əməliyyatlarla qarşılaşa bilərik".
"Bu, Ermənistanın bir daha ikiüzlü siyasət apardığının göstəricisidir. Azərbaycan ordusu hər zaman lazımi addımları atacaq. Ermənistan düşünməlidir ki, İrəvan gələcəkdə nə etməyi planlaşdırır? əgər doğurdanda bizim sərhədlərimizə Ermənistan tərəfindən şübhə ilə yanaşılacaqsa,Azərbaycan lazım gəldikdə yenə öz gücünü göstərəcək. Biz tarixi Azərbaycan torpaqlarnda ədaləti bərpa etmək üçün nə lazım gələrsə etməyə hazırıq. Buna görə İrəvan atacağı addımlarında çox diqqətli olmalıdır".