Deputat bank faizlərinin azaldılmasını xahiş etdi
26 Aprel 2022 12:03 Siyasət"Bütün müsəlman ölkələrdə, xüsusilə Azərbaycanda bank faizləri yüksəkdir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Tahir Kərimli deyib. Deputat Mərkəzi Bankın İdarə Heyətinin yeni sədrinə bank kreditləri ilə bağlı müraciət edib: "Mərkəzi Banka yeni rəhbər təyin etdik. Mən ona müraciət edirəm, kredit faizlərinin 5-6 faiz saxlanması mümkündürmü? Xalqımızı əzən borc sistemi haqqında məsələyə baxılmasını xahiş edirəm".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31