Gürcüstanın XİN başçısı Azərbaycana gəlir
26 Aprel 2022 10:56 SiyasətGürcüstanın xarici işlər naziri İlya Darçiaşvili 26-27 aprel tarixində Azərbaycana rəsmi səfər edəcək.
Bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyindən bildirilib.
İ.Darçiaşvili səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev, Baş nazir Əli Əsədov, Milli Məclis sədri Sahibə Qafarova və xarici işlər naziri Ceyhun Bayramovla görüşəcək.
Görüşlərdə Gürcüstan və Azərbaycan arasında strateji tərəfdaşlıq məsələləri müzakirə olunacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31