Deputatımız erməni həmkarının əsassız ittihamlarını cavablandırıb
26 Aprel 2022 10:50 SiyasətAvropa Şurası Parlament Assambleyasının yaz sessiyası öz işinə start verib. "Olaylar" xəbər verir ki, millət vəkili, AŞPA-dakı Azərbaycan nümayəndə heyətinin üzvü Kamal Cəfərov Büronun hesabatı zamanı Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin moderatorluğu ilə keçirilən üçtərəfli görüşlərin əhəmiyyəti, Ermənistanın mina xəritələri ilə bağlı qeyri-səmimi davranışı və Günəşli kəndindəki mina hadisəsi ilə bağlı çıxış edib. Eyni zamanda erməni nümayəndə heyətinin cənab Çavuşoğlunun göstərdiyi bozqurd işarəsi ilə bağlı əssasız ittihamlarına cavab verib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31