"Bəlkə də bu son şansdır ki, Ermənistan ondan istifadə etməlidir"

Olaylar.az- a  Ermənistanın törətdiyi növbəti təxribatlar barədə açıqlama verən millət vəkili  Elman Nəsirov bildirib ki, bu hadisə heç şübhəsiz, son zamanlar Ermənistan -Azərbaycan münasibətlərinin normallaşması ilə bağlı prosesin məntiqinə, fəlsəfəsinə daban-dabana ziddir:

" Azərbaycan Prezidenti Cənab İlham Əliyevlə  Ermənistan Baş Naziri Nikol Paşinyan arasında aprel ayının 6-da  Brüsseldə əldə edilmiş razılıqlara daban-dabana ziddir. Bu razılaşmalara görə, hər iki dövlət sərhədlərin delimitasiyası ilə bağlı birgə komissiyanın yaradılması haqqında  razılaşma əldə etmişdir. Hər iki dövlət sülh müqaviləsinin imzalanması ilə bağlı layihənin hazırlanması məqsədilə Xarici İşlər Nazirlərinə tapşırıqlar verildi. Eyni zamanda, Azərbaycan Prezidenti Cənab İlham Əliyevin Şuşada keçirilən Dünya Azərbaycanlılarının V Qurultayında söylədiyi kimi, biz inanırıq ki, bu sülh müqaviləsi imzalanacaq və vaxtı itirmək lazım deyil. Biz ləngimədən bu prosesi aparmalıyıq. Tezliklə sülh müqaviləsi imzalamaq vacibdir. Bu bütün tərəflər üçün çox uğurludur.  Bütün bu sadalanan reallıqlar fonunda bu gün nəyə şahidlik edirik? Ona şahidlik edirik ki, proqnozlar özünü doğrultdu. Dəfələrlə biz görmüşük ki, Ermənistan-Azərbaycan arasında bu və ya digər fundamental həlli gözlənilənən məsələ ilə bağlı ortaq məxrəcə gəlmək yaxınlaşdıqda hərbi təxribatlara əl atılır, maneələr yaradılır və elə edilir ki, bu proses yenidən sıfır nöqtəsinə qayıtsın. Biz yenə də eyni analoji yanaşmaya şahidlik edirik. Görünür ki, bu gün Ermənistanda radikal müxalif dairələr, bu gün Ermənistandakı revanşist qüvvələr ciddi - cəhdlə çalışırlar ki, sülh prosesinə mane olsunlar. Ermənistan və Azərbaycan arasında anlaşma mühitinin qarşısını alsınlar elə etsinlər ki, bu iki dövlət arasında çoxdan gözlənilən sülh və təhlükəsizlik mühiti formalaşmasın, məqsədləri budur. Aprel ayının 25-dən Ermənistan küçələrində xalqı itaətsizliyə çağıran müxalifət dairələr hesab edirəm ki, bu prosesdə yaxından iştirak edirlər. O da istisna deyil ki, Ermənistanın Baş Naziri Nikol Paşinyan da daxili auditoriyanı, etirazları sakitləşdirmək üçün hərbi təxribatların baş verməsi üçün yaşıl işıq yandırsın. İstisna deyildir ki, ondan, Ermənistanın siyasi hakimiyyətindən də belə təxribatçı addımlar gözləmək mümkündür və indiki şəraitdə həm müxalifət, həm də iqtidarın  bu məsələlərdə ortaq mövqedən çıxış etmək ehtimalı da mümkündür. Amma hər halda Azərbaycan Prezidenti Cənab İlham Əliyevin xəbərdarlığını Ermənistan siyasi rəhbərliyi unutmamalıdır. Cənab Prezident, Ali Baş Komandan Şuşadan bütün erməni ictimaiyyətinə, bütün dünyaya bəyan etdi ki, revanşistlər ağıllarını başlarına yığıb düşünsünlər. Görsünlər və  bilsinlər ki, Ermənistan ordusu yoxdur. Ermənistan ordusu darmadağın edilib. Ermənistanda 10 mindən çox fərari var. Belə bir dövlətin Azərbaycana qarşı təxribatlı davranışı onun üçün çox pis bir perspektiv vəd edir. Bəlkə də, bu son şansdır ki, Ermənistan ondan istifadə etməlidir. Əks halda, "Dəmir Yumruq* yerindədir"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31