İrəvanda revaşinst meyillər sülh prosesinə maneə olur

Vüqar Bayramov: "Bu, Ermənistanın özü üçün yaxşı nə isə vəd etmir"

"Bakıda Cənubi Qafqazda dayanıqlı sülh ilə bağlı müzakirələrin aparıldığı bir zamanda İrəvanın mərkəzində Azərbaycan və Türkiyə bayraqları yandırırlır.  Bu Ermənistan ritorikasını və boş revanşizmi bir daha təsdiq edən faktdır". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Vüqar Bayramovun sözlərinə görə,  aydındır ki, belə revaşinst meyillər sülh prosesinə maneə olur və elə Ermənistanın özü üçün yaxşı nə isə vəd etmir: "Azərbaycan sülh müqaviləsinin imzalanması ilə bağlı beynəlxalq hüquq və BMT-nin konvensiya və prinsiplərinə uyğun 5 təklif irəli sürüb. Əslində sülh müqaviləsinin imzalanması Ermənistanın bu gün üzləşdiyi ağır iqtisadi və sosial vəziyyətin yumşalmasına gətirib çıxara bilər. İrəvanda nə etmələrindən asılı olmayaraq isə Azərbaycan və Türkiyə bayraqları hər zaman ucalarda dalğalanır və daim zirvələrdə olacaq. Mithat Cemal Kuntayın söylədiyi kimi, bayraqları bayraq yapan üstündəki qandır. Qanı isə yandırmaq olmur.  Bu gün ucalarda dalğalanan hər iki bayraq uğrunda canlarından keçən Şəhidlərimizə Allah rəhmət etsin".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31