"Hazırda bütün dünya azərbaycanlıları qürur və sevinc içindədir" - İlyas Hüseynov

"Dünya Azərbaycanlılarının V Qurultayının Şuşada keçirilməsinin mühüm siyasi və ideoloji nəticələri oldu və bu xüsusda möhtərəm cənab Prezident İlham Əliyevin proqram xarakterli çıxışı da Dünya Azərbaycanlılarının Şuşa Qurultayının önəmini bir qədər də artırdı".

Bu sözləri Olaylar.az-a açıqlamasında politoloq İlyas Hüseynov deyib.

"Mühüm məsələlərə toxunan cənab Prezident dünya azərbaycanlılarının hazırkı durumunu, birləşməsini və həmrəylik nümayiş etdirməsini ön plana çəkdi. Eyni zamanda, qeyd olunmalıdır ki, 30 ilə yaxın müddət Azərbaycan ərazisi pozulmuşdur və ərazi bütövlüyünün pozulması bütün dünya azərbaycanlılarını narahat edən bir məqam idi və ağır bir sınaq dövrü kimi yadda qaldı. Ötən dövrdə Azərbaycan məhz güclənərək və iqtisadi qüdrətini artıraraq bu problemin aradan qaldırılması istiqamətində fəaliyyət həyata keçirdi. Qeyd etmək lazımdır ki, bu gün bu problemin öhdəsindən gəlmək mümkün oldu. Hazırda bütün dünya azərbaycanlıları qürurlu və sevinc içindədir və uzun müddət bu əbədi olaraq belə qalacaqdır. Dünya azərbaycanlılarının vətən müharibəsində Azərbaycanın qələbə qazanmasında əvəzsiz xidmətləri olmuşdur. Maddi və mənəvi dəstək nümayiş etdirən soydaşlarımız həm də sosial şəbəkələr seqmentində Azərbaycana güclü dəstək verirdi. İnformasiya müharibəsində bu işlərin həyata keçirilməsi çox mühüm əhəmiyyət kəsb edirdi. Dünyada yaşayan azərbaycanlılar, müzəffər xalq və vətəni qalib gəlmiş şəxslər kimi çox qürurludular və məhz Şuşaya səfər edən azərbaycanlıların üzündəki təbəssüm və fəxarət hissi açıq aydın şəkildə sezilirdi.

Digər bir məsələ bundan ibarətdir ki, bundan sonrakı dönəmdə də birlik və həmrəyliyin nümayiş olunması "Dəmir yumruq"un əsas əlamətlərindən birini təşkil edən dünya azərbaycanlılarının həmrəyliyi və vəhdəti ölkəmizin uğurlarını daha da artıracaqdır. Eyni zamanda, Qarabağın yenidən qurulmasında, Şərqi Zəngəzurun dirçəldilməsində də azərbaycanlılar yaxından iştirak edə bilərlər, bura sərmayə yatırmaq imkanı çox genişdir. Ölkəmizin çoxşaxəli inkişafında da məhz xaricdə yaşayan azərbaycanlılar öz töhfələrini verə bilərlər, müxtəlif proqramlar icra etmək mümkündür. Bu proqramlar həm dayanıqlı inkişafı sürətləndircək, həm ümumtəhsil humanitar mədəni proqramları əhatə edə bilər. Ona görə də fəaliyyət perspektivləri çox genişdir və Diasporalarla İş üzrə Dövlət Komitəsi məhz yol xəritəsi üzərində işləyərək bu mühüm əhəmiyyət kəsb edən işlərin icrasında vasitəçi ola bilər.
Müxtəlif soydaşımız təşəbbüs və layihələr ilə çıxış edərək ölkəmizin inkişafına töhfə verə bilər. Bu xüsusda məhz Şuşada keçirilən qurultayda qəbul olunan qərarlar bu işləri stimullaşdıracaqdır".

Röyalə Xəyal

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31