Azərbaycan həqiqətən bölgədə yeni reallıqlar yaradır

Prezident İlham Əliyevin Şuşada keçirilən Dünya Azərbaycanlılarının V Qurultayında səsləndiriyi fikirlərlə bağlı  munasibət bildirən "Bakı Xəbər" qəzetinin baş  redaktoru Aydın Quliyev qeyd edib ki, Prezidentin Şuşada Dünya Azərbaycanlılarının  V Qurultayının nümayəndələri qarşısındakı çıxışını, müstəqil Azərbaycanın bu illər ərzində malik olduğu inkişaf yolu və 30 il işğal altında qalmış torpaqlarımızın hansı böyük çətinliklə işğaldan azad edilməsi ilə bağlı dünya azərbaycanlıları ilə apardığı səmimi ortam və səmimi fikir mübadiləsi də adlandırmaq olar.  Prezident xüsusilə də, torpaqlarımızın işğaldan azad edilməsinin nə qədər mürəkkəb və çətin bir  iş olduğunu, amma Azərbaycan xalqının birlikdə həm vətəndaşlarımız, həm də xaricdəki soydaşlarımızla birgə, bu işin öhdəsindən yüksək səviyyədə gəldiyini Dünya Azərbaycanlılarının diqqətinə çatdırdı:
"Dünya Azərbaycanlıları bir daha qurultay nümayəndələrinin timsalında gördülər, eşitdilər və əmin oldular ki,  torpaqlarımızın azad edilməsi, həqiqətən Azərbaycan dövləti və onun başçısının bir nömrəli vəzifəsi olub. Həqiqətən bu 30 ildə dövlətimizin fəaliyyətinin həm daxili, həm də xarici siyasət istiqamətlərində atılan addımların əsas hədəfi məhz bu olub.  Bütün addımlar, aparılan siyasət, torpaqların azad edilməsi üzərində fokuslanıb. Prezident çox haqlı olaraq qeyd etdi ki, torpaqlarımızın işğaldan azad edilməsində, hər bir azərbaycanlının istər ölkədə  vətəndaş olsun, istər başqa ölkələrdə yaşasın və başqa ölkələrin vətəndaşı olsun, hər bir azərbaycanlının bu böyük məqsəddə, işdə özünün qatqısı və payı var. Bu Azərbaycan xalqının dövlətinin, gücünün növbəti dəfə nümayişidir. Dünya Azərbaycanlılarının Qurultayının Şuşada keçirilməsi, Azərbaycan xalqının vahid və dünya da sayılıb seçilən bir xalq olduğunu bir daha nümayiş etdirir. Azərbaycan xalqının vahidliyinin, vəhdətinin, gücünün nümayişi baxımından Şuşa Qurultayının əvəzsiz əhəmiyyəti var. Dünya Azərbaycanlılarının Qurultayda iştirakı və Azərbaycan Prezidentinin  dilindən ölkənin inkişafı və hədəfləri ilə bağlı eşitdikləri bəyanatlar, onların bundan sonrakı fəaliyyətində bir növ yönləndirici nöqteyi nəzərdən özünü göstərəcək. Dünya Azərbaycanlılarının Qurultayında Prezidentin çıxışı eyni zamanda, bizim soydaşlarımızın qarşısında çox böyük vəzifələr qoyur. Bu vəzifələr ondan ibarətdir ki,  Dünya Azərbaycanlıları Şuşanın qaytarılmasında iştirak etdikləri kimi işğaldan azad olunmuş torpaqlarımızın da lazımi səviyyədə bərpa olunmasına öz qatqılarını göstərməlidirlər.  Prezidentin Qurultaydakı çıxışında önəmli məqamlardan biri  Azərbaycan xalqının bütün 30 illik işğal dövrü ərzində bir an da olsun ruhdan düşmədiyini, qələbə gününə möhkəm inandığını nümayiş etdirməsi oldu. Çünki Qurultayda iştirak edən xaricdən gəlmiş azərbaycanlıların ola bilər ki, olduqları çevrələrdə müəyyən bədbin   əhval-ruhiyyə olub. Hardasa, kimlərsə  torpaqların işğaldan azad olunacağına inamlarını müəyyən qədər itirdikləri vaxtlar olub. Amma Prezident öz çıxışında bu insanlara bir daha nümayiş etdirdi ki, Azərbaycan xalqı və vətəndaşları, Azərbaycan dövləti nə qədər çətinliklərdən keçsə də, torpaqlarımızın azad olunmasına bir an da olsun ümüdlərini və inamlarını itirmədilər. Prezident öz məruzəsində vətən müharibəsinin bölgəmizdə yaratdığı reallıqları Dünya Azərbaycanlılarına  detallı şəkildə çatdırdı və dünya Azərbaycanlıları, Prezidentin məruzəsi əsasında bir daha əmin oldular ki, Azərbaycan həqiqətən bölgədə yeni reallıqlar yaradır. Bu yeni reallıqlar Azərbaycanın, Azərbaycan dövlətinin apardığı ədalətli, haqq  müharibəsinin nəticəsində onun üzərində qurulub. Azərbaycanın yaratdığı bu reallıqlar, Azərbaycan xalqının, dövlətinin və Dünya Azərbaycanlılarının ümumi sərvətidir. Prezidentin öz məruzəsində bu reallıqları Dünya Azərbaycanlılarının hamımızın ümumi sərvəti kimi təqdim etməsi çox böyük idealoji gücə malikdir. Bir sözlə Prezidentin bu məruzəsi həm torpaqların azad edilməsi kimi  çətin vəzifənin icrası yolunda rastlaşdığımız çətinlikləri nümayiş etdirmək baxımından əhəmiyyətlidir, həm bölgədə Azərbaycan dövlətinin yaratdığı yeni reallıqların  hər bir Azərbaycanlı üçün nə qədər əhəmiyyətli olduğunu nümayiş etdirmək baxımından əhəmiyyətlidir, həm də işğaldan azad edilmiş ərazilərimizin bərpasının tək Azərbaycanın yox, bütün dunya Azərbaycanlılarının ümumi məqsədi və hədəfi olduğunu nümayiş etdirmək baxımından əhəmiyyətlidir"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31