"Prezidentin çıxışı gələcək fəaliyyətimizə mayakdır və  yol xəritəsi hesab edilməlidir"

"Azərbaycan bu gün müzəffər xalqdır, siz artıq müzəffər xalqın nümayəndələrisiniz."Olaylar.az-a Prezident İlham Əliyevin Şuşa şəhərində Dünya Azərbaycanlılarının V Qurultayında səsləndiriyi bu  fikirlərə bağlı munasibət bildirən millət vəkili  Vüqar İskəndərov bildirib ki, baş tacımız olan Şuşada Dünya Azərbaycanlılarının V Qurultayının keçirilməsi  Azərbaycanın müstəqillik dövründə şərəfli, şanlı  tarixi hadisələrindən biri kimi qeyd edilməlidir:
"  Bu gün dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar, soydaşlarımız, diaspora fəalları 65 ölkədən 400-ə yaxın olan azərbaycanlı  mədəniyyət paytaxtımız olan Şuşaya toplaşıb və Azərbaycanın indiyə qədər keçdiyi yol -müharibə  və postmüharibə dövründə  yeritdiyi siyasəti müzakirə edəcək və gələcək fəaliyyətlərinə şərait yaradacaqlar. Tədbirdə Ali Baş Komandan, möhtərəm Cənab Prezidentin  iştirak etməsi və  dünya azərbaycanlılarımız qarşısındakı möhtəşəm çıxışı, həm də gələcək fəaliyyətlərimizə bir növ mayakdır və  yol xəritəsi hesab edilməlidir. Bu gün Cənab Prezident çıxışında bir çox vacib məqamlara toxundu. Onların əsası, təşkilatlarımızın daha da çevik işləməsi, bir nöqtəyə vurması, yaşadıqları ölkələrdə  təşkilatlanması, hədəflərin müəyyən edilməsi və ölkəmiz naminə gərgin çalışmalarıdır. Digər məsələ kimi Azərbaycan dilinin öyrənilməsi, təbliğ edilməsi, xaricdə məktəblərin açılması, bunun üçün dövlətin onların yanında olmasını qeyd etdi.  Əsas məsələ postmüharibə dövründə yeni yaranmış reallıqlara uyğun hədəflərin seçilməsi və  bununla bağlı işlərin görülməsidir. Belə ki, Qarabağ və Şərqi Zəngəzurda yenidənqurma- tikinti işləri, kəndlərin, şəhərlərin salınması, infrastrukturun  qurulması, bunlarda həm iştirak, həm də  beynəlxalq aləmdə təbliğ olunması üçün diaspora fəaliyyəti çox vacibdir. Bunu Cənab Prezident iştirakçıların  hər birinin diqqətinə çatdırdı:  "Azərbaycan bu gün müzəffər xalqdır. Siz artıq müzəffər xalqın nümayəndələrisiniz. Şərəflə yaşayacaqsınız və müstəqil Azərbaycan sizin vətəninizdir. Dövlət həmişə sizin yanınızdadır.  Siz də dövlətimizin hərtərəfli inkişafı üçün  yaşadığınız ölkələrdə  var gücünüzlə çalışmalı öz tövhələrinizı vərməlisiniz"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31