"Bizə belə siqnallar daxil olmayıb" - Zaxarova
21 Aprel 2022 22:11 SiyasətATƏT-in Minsk Qrupunun ABŞ və Fransadan olan həmsədrləri Rusiya tərəfinə Bakı ilə İrəvan arasında hərtərəfli sülhə nail olmaq üçün bu mexanizmin işini bərpa etməyə hazır olduqları barədə siqnallar göndərməyiblər.
Olaylar.az bildirir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
"Bizə belə siqnallar daxil olmayıb. Biz onları gözləmirik", - deyə M.Zaxarova qeyd edib.
Onun sözlərinə görə, Vaşinqton və Paris "ATƏT-in Minsk Qrupunun üç həmsədrinin vaxtilə yaxşı əlaqələndirilmiş işini" faktiki olaraq iflic ediblər.
trend
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31