Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Azərbaycan və Ermənistan baş nazirlərinin müavinləri ilə görüşüb
21 Aprel 2022 21:17 SiyasətAvropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar Azərbaycan və Ermənistan baş nazirlərinin müavinləri ilə görüşüb.
Olaylar.az xəbər verir ki, bu barədə Klaarın özü "Twitter" səhifəsində məlumat verib.
"Dünən bizim Azərbaycan baş nazirinin müavini Şahin Mustafayevlə, bu gün isə Ermənistan baş nazirinin müavini Mher Qriqoryanla əla görüşümüz oldu. Hər iki tərəfdə münasibətlərin qurulmasına güclü sadiqliyi görmək xoşdur", - Klaar yazıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31