Bəxtiyar Kərimov və Yaşar Musayev Prezidentin fəxri diplomu ilə təltif olundu
21 Aprel 2022 16:36 SiyasətPrezident İlham Əliyev B.Q.Kərimovun və Y.B.Musayevin "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilməsi haqqında Sərəncam verib.
Sərəncamla Azərbaycan diasporunun inkişafında xidmətlərinə görə Bəxtiyar Qulu oğlu Kərimov və Yaşar Balabəy oğlu Musayev "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31