Millətə sayğı onun dilinə qayğısından başlanır

"Hər bir xalqın milli kimliyi onun dilindən başlayır. Dilin saflığı millətin saflığı deməkdir. Dilin zənginliyi millətin mənəvi zənginliyinin ifadəsidir. Latın dili yaşayır, Latın deyilən bir xalq yoxdur. Dil bu halda xalqını da yaşadır". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Musa Quliyevin sözlərinə görə,  dili özündən əvvəl ölüb tərg olan xalqlar da var, bədbəxtdirlər və yavaş-yavaş xalq kimi yox olmağa məhkumdurlar: "Sovetlər imperiyasının içərisində yaşadığımız illərdə bu faciə bizi də gözləyidi. Altmışıncı illərin sonlarında artıq Bakı rus dilli bir şəhərə çevirilməkdə idi. Nə yaxşı ki o illərdə Ulu Öndər Heydər Əliyev Respublikamızın rəhbərliyinə gəldi və çökməkdə, tənəzzüldə olan bir məmləkəti yenidən dirçəlmək uğrunda mübarizəyə başlad. Ulu öndər təkcə məhv olmaqda olan iqtisadiyyarımızı dirçəltmədi,  həm də sosial və mənəvi varlığımıza da yeni nəfəs gətirdi, yeni ümidlər verdi! Milli-mənəvi dəyərlərimiz Ümummilli Lider  Heydər Əliyev tərəfindən həm onun rəhbərliyinin Sovet dönəmində, həm də müstəqillik dövründə yüksək qiymətləndirilmiş, həmişə uca tutulmuş, xalqın mənəvi yaddaşının qorunması və zənginləşməsi üçün, fərman və sərəncamlar vermiş, əməli işlər görmüşdür. Dilimizin son 50 ildəki inkişafı, onun dövlət dili, hüquq, siyasət, elm, diplomatiya dili səviyyəsinə qalxması, heç şübhəsiz ki, Ümummilli Lider  Heydər Əliyevin ana dilimizə qayğısı və xidmətləri ilə bağlıdır. Heydər Əliyevin  14 iyul 1969-cu ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilməsinə qədər Azərbaycan dili ölkəmizdə ikinci dil, məişət dili (Bakıda hətta ümumünsiyyət vasitəsi də deyildi!) səviyyəsində idi. Sovet hakimiyyətinin o dönəmində ölkədə bütün yazışmalar, rəsmi çıxış və məruzələr, ictimai-siyasi və elmi toplantılar rus dilində aparılırdı. Bu dönüş Heydər Əliyevlə başladı, özü nümunə oldu, digər partiya-dövlət işçilərini və elm - istehsalat rəhbərlərini də ana dilimizdə danışmağa, çıxışlar etməyə məcbur etdi. Məhz Heydər Əliyevin siyasi iradəsi və qətiyyəti sayəsində 1978-ci ildə Azərbaycan Respublikasının Konstitusiyasına, Azərbaycan dilinin dövlət dili olması müddəası salındı. İndi bu sözləri yazmaq və söyləmək çox asandır, o zaman isə Ümumittifaq dövlətin rus şovinizmi basqısı altında bu işləri görmək böyük cəsarət və siyasi müdriklik tələb edirdi. Dilin xalqın və dövlətin həyatında müstəsna əhəmiyyətini vurğulayan Heydər Əliyev deyirdi: "İnkişaf etmiş zəngin dil mədəniyyətinə sahib olan xalq əyilməzdir, ölməzdir, böyük gələcəyə malikdir. Ona görə xalqımıza ulu babalardan miras qalan bu ən qiymətli sərvəti hər bir Azərbaycan övladı göz bəbəyi kimi qorumalı, daim qayğı ilə əhatə etməlidir". Ulularımızı hər zaman rəhmətlə anaq, dilimizi qoruyaq, zənginləşdirək, başqa dillərin içərisində əriməyə yol verməyək! Dil  təkgə ünsiyyət vasitəsi deyil, həm də şəxsiyyət hadisəsidir!"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31