Reanimasiyaya yerləşdirildiyi deyilən Şoyqu ortaya çıxdı - VİDEO

Rusiya Prezidenti Vladimir Putin Kremldə müdafiə naziri Sergey Şoyqunu qəbul edib.

Şoyqu dövlət başçısına Ukraynada aparılan xüsusi hərbi əməliyyat barədə məlumat verib.

Qeyd edək ki, Şoyqu infarkt keçirdiyi və reanimasiyaya yerləşdirildiyi barədə yayılan məlumatdan sonra ilk dəfə kameralar qarşısına keçib.

Belə ki, Rusiya-İsrailin ictimai xadimi Leonid Nevzlin bildirmişdi ki, S. Şoyqu reanimasiyada aparata qoşulub və onun sağ qalıb-qalmayacağı bəlli deyil. (Qafqazinfo)

sfera.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31