Dünya azərbaycanlılarının qürur yeri-qalib Azərbaycan....

Zəfər Qurultayından sonra diaspor təşkilatlarımızın sıraları daha da genişlənəcək

Azərbaycan diasporu indiyədək uzun inkişaf yolu keçib, onun fəaliyyəti nəticəsində bir sıra uğurlara  imza atılıb. Etiraf edək ki, Azərbycan diaspor təşkilatlarının sayı elə də az deyil. Əslində Ermənistan kimi məkrli düşməni olan Azərbaycanın güclü diasporuna ehtiyacı var. Həm də nəzərə almaq lazımdır ki, ölkəmizin  yerləşdiyi coğrafi məkana görə böyük dövlətlərin maraqları var. Bu maraqların qarşısını almaq üçün xarici ölkələrdə yaşayan azərbaycanlılar həmin cəmiyyətlərə inteqrasiya olmalı, dili mükəmməl bilməli və daha çox intellektual sahələrdə fəaliyyət göstərməlidirlər. Xatırladaq ki, Azərbaycanın 44 günlük müharibədə əldə etdiyi qələbəni həzm edə bilməyən antiAzərbaycan qüvvələrin fəallığı müşahidə olunmaqdadır. Ermənistanın məğlubiyyəti ilə barışmayan bir sıra Avropa dövlətləri ölkəmizə qarşı "səlib yürüşü"nə start veriblər. Azərbaycana qarşı əsassız iddialar irəli sürən, heç bir hüquqi əsası olmayan qərarlar qəbul edən həmin ölkələrin parlamentləri heç şübhəsiz ki, erməni dİasporunun təsiri altına düşüblər. Siyasi korrupsiyaya qurşanan bir sıra Avropa parlamentariləri təkcə erməni diasporunun dirijor çubuğu ilə idarə olunmur, həm də ölkələrinin beynəlxalq imicinə xələl gətirmiş olurlar. Etiraf edilməlidir ki, ölkəmizə qarşı aparılan çirkin kampaniyaların qarşısının alınmasında, Azərbaycanın ədalətli mövqeyinin beynəlxalq aləmə çatdırılmasında diaspor təşkilatlarımızın misilsiz xidmətləri var. Qətiyyətlə demək olar ki, diaspor təşkilatlarımız tərəddüd etmədən bu kimi halların qarşısının alınmasında bütün hüquqi mexanizmlərdən istifadə etməkdə israrlıdırlar. Xüsusən, 30 il ərzində ermənilərin işğal olunmuş ərazilərimizdə törətdikləri vandalizm aktlarının dünyaya çatdırılması və Azərbaycanın ərazi bütövlüyünün beynəlxalq hüquq çərçivəsində bərpa edilməsi əsaslı şəkildə  Avropa insanına çatdırlır.

Qeyd edək ki, dünya azərbaycanlılarınnı təşkilatlanması, diaspor quruculuğunda ümummilli lider Heydərə Əliyevin rolu danılmazdır. Dünya Azərbaycanlılarının ilk Qurultayı "Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 23 may 2001-ci il tarixli 724 nömrəli Sərəncamına əsasən 2001-ci il noyabrın 9-10-da Bakıda keçirilib. Həmin dövrdən başlayaraq diaspora təşkilatlarımızın yenidən təşkilatlanmasına start verildi. Nəticədə koordinasiya halında fəaliyyət göstərən diaspor təşkilatlarımız bir sıra uğrlara imza atdılar. Qətiyyətlə demək olar ki,  Azərbaycannın dövlət və milli maraqlarınnı müdafizəsində diasporun rolu danılmazdır. Bunun 44 günlük Vətən müharibəsində bir daha şahidi olduq. Belə ki, Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində diaspor təşkilatlarımız xeyli iş görmüş oldular. Diasporun Ermənistanın işğalçılıq siyasətinə son qoyulması və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması istiqamətində fəaliyyəti, Vətən müharibəsi dövründə diaspor təşkilatlarının dünyanın 30-dan çox olkəsində 200-dək aksiya keçirməsi, bu aksiyalarda ümumilikdə 25 mindən çox soydaşımızın və dost xalqların nümayəndələrinin iştirakı, 50-dən çox ölkədə fəaliyyət göstərən 300-ə yaxın diaspor təşkilatının müxtəlif ölkələrin dövlət və hökumət rəhbərlərinə, parlament üzvlərinə, beynəlxalq təşkilatlara bəyanatlar, müraciətlər göndərməsi diaspora təşkilatlarımızın aktiv fəaliyyətinin bariz nümunəsidir.

Etiraf edilməlidir ki, diasporla iş sahəsində dövlət siyasətinin həyata keçirilməsini, xaricdə yaşayan azərbaycanlılar, eləcə də onların təsis etdiyi diaspor təşkilatları, habelə Azərbaycana dost münasibət bəsləyən digər xalqların diasporları ilə əlaqələrin genişləndirilməsini və inkişaf etdirilməsini, dövlət orqanlarının və qeyri-hökumət təşkilatlarının bu sahə ilə bağlı fəaliyyətinin əlaqələndirilməsini təmin edən Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin rolu kifayət qədərdir. Məhz bu səbəbdən Konitənin 2018-ci ildə yeni "Strateji Yol Xəritəsi"nin işlənib hazırlanması və icrası tədqirəlayiq haldır. Bu kimi fəaliyyətin nəticəsidir ki, xaricdə yaşayan soydaşlarımızın, onların yaratdıqları təşkilatların fəaliyətinin koordinasiyası, milli həmrəylik və birlik ideyası ətrafında birləşməsi mümkün olub. Son 4 ildə 31 ölkəni əhatə edən 14 Koordinasiya Şurasının yaradılması, 12 ölkədə 18 Azərbaycan Evinin yaradılması bunun bariz nümunəsidir.

Bu arada  qeyd edək ki, Dünya Azərbaycanlılarının V Qurultayı Şuşa şəhərində keçiriləcək. 30 ildən sonra işğaldan azad olunan Qarabağda Zəfər Qurultayının təşkil edilməsi tarixi hadisə kimi qiymətləndirilir. Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar Şuşada bir araya gələrək, diaspor tarixində möhtəşəm ilkə imza atacaqlar. Tədbirdə 65 ölkədən 400 nəfərə yaxın diaspor nümayəndəsinin iştirakı təmin olunacaq. Onu da qeyd edək ki,  Dünya Azərbaycanlılarının 5-ci Qurultayının mədəniyyətimizin paytaxtı və tarixi qələbəmizin rəmzi olan Şuşa şəhərində keçirilməsi, Zəfər Qurultayı adlandırılması, təkcə Azərbaycan Respublikasının vətəndaşları üçün deyil, öz tarixi vətənlərində, yaxud dünyanın müxtəlif ölkələrində yaşayan bütün azərbaycanlılar üçün mühüm əhəmiyyət kəsb edir. Dünya Azərbaycanlılarının qurultaylarının Şuşada keçirilməsi harada yaşamalarından asılı olmayaraq, azərbaycanlıların öz tarixi vətənləri ilə əlaqələrinin qırılmamasına, onların milli və mədəni identikliklərinin qorunub saxlanılmasına, dilimizin, mənəvi dəyərlərimizin gələcək nəsillərə ötürülməsinə xidmət edir. O da faktdır ki, Dünya Azərbaycanlıları Prezident İlham Əliyevin ətrafında sıx birləşərək, Azərbaycanın haqlı mübarizəsinin ayrılmaz bir parçasına çevriliblər. Müzəffər Azərbaycan Ordusunun qələbəsi, xalqımızın öz haqq işi uğrunda sonadək mübarizə aparmaq əzmi, Prezident, Ali Baş Komandan İlham Əliyevin cəsarəti və qətiyyəti hər bir azərbaycanlının başını bayrağımız qədər yüksəklərə qaldırıb. İndi bütün dünya azərbaycanlıları qalib xalqın nümayəndələri kimi öz vətənləri ilə qürur duyur, bu yolda tarixi vətənlərinin haqq işinə dəstək verənlər isə Zəfərimizin və milli birliyimizin sevincini yaşayırlar. Heç şübhəsiz ki,  Zəfər Qurultayından sonra diaspor təşkilatlarımızın sıraları daha da genişlənəcək və azərbaycanlılar dünyanın hər yerində öz vətənlərini böyük qürur və fəxarət hissi ilə təmsil edəcəklər.

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31