Öz ana dili olmayan xalqın mədəniyyətini, tarixini qoruyub yaşatmaq mümkün deyil
21 Aprel 2022 14:57 Siyasət"Hər bir xalqın dili onun varlığı üçün əvəzsizdir. Öz ana dili olmayan xalqın mədəniyyətini, ədəbiyyatını, tarixini qoruyub yaşatmaq mümkün deyil. O xalqın tarixi də, mədəniyyəti də zaman-zaman deqradasiyaya uğrayacaq və itib-batacaq. Bu baxımdn dil təkcə vahid bir toplumun ünsiyyət vasitəsi deyil, həm də tarixinin, mədəniyyətinin, ədəbiyyatının qorunmasıdır"
Bunu Olaylar.az-a söyləyən siyasi ekspert Rəfail Becanov bildirib ki, Azərbaycan dili zaman-zaman təqiblərə, təzyiqlərə məruz qalıb. Sovetlər dönəmində də Azərbaycan dili bu təqiblərə məruz qalıb. Rus dilinin üstünlüyü, imtiyazları azərbaycanlıların dogma dillərini unutmasına səbəb olur, dilimizi işlək dildən ölü dilə çevirirdi. Bununla da xalq olaraq, mədəniyyətimiz, tariximiz, milli varlığımız təhlükə qarşısında qalırdı. Çoxluq siyasi mahiyyətinə görə rus dilini inkişaf dili sayır və ana dilimizə qarşı bir biganəlik hökm sürürdü.
1978-ci ildə Azərbaycan SSR-nin qəbul edilən konstitusiyası dilimizin obrazlı desək, əsas xilaskarı oldu. Bu konstitusiya milli ruhumuzu özünə qaytarmaqda böyük rol oynadı. Azərbaycan dilinə rəsmi aydada dövlət dili statusu verildi. Beləliklə də, Azərbaycan dili titul dildən dövlət dilinə çevrildi. Azərbaycan rəhbəriyi tərəfindən rəsmi status qazanan ana dilinin hərtərəfli inkişafı xətti yürüdüldü. Dilimz rəsmi sənədlərlə yanaşı, gündəlik həyatda, təcrübədə ümumişlək dil oldu. Rəsmi dövlət tədbirlərində ana dilində çıxışlar dilimizin inkişafına təkan verdi.
Təbii ki, Azərbaycan dilinin konstitusiya ilə rəsmi status qazanmasında o zaman respublikaya rəhbərlik edən mərhum Heydər Əliyevin xüsusi xidmətləri oldu. Sovetlər Birliyinin rəhbərliyindəki militaristlər, imperiya ideoloqları üçün bu qəbuledilən deyildi. Amma Heydər Əliyevin iradəsi və nüfuzu qarşısında geri çəkilməli oldular. Bu qətiyyət və iradənin hesabına Azərbaycan dilinə növbəti dəfə yaşamaq imkanı tanındı.
Azərbaycan dilinin inkiafında müstəsna xidmətləri olanların təltif edilməsi, dilimizlə bağlı ali məktəb dərsliklərinə Dövlət Mükafatının verilməsi məhz dogma dilimizin qayğısına qalmaqla, cəmiyyətdə stimullaşdırma, dilə sevgi və hörmət aşılamaq məqsədi daşıyırdı.
1978-ci ildə konstitusiyanın qəbulu və bu konstirusiyada təsbiq olunan mühüm maddələr Azərbaycanın müstəqilliyə gedən yolunda əsas dayaqlardan biri idi. Ona görə ki, ana dilimiz, SSRİ-dən ayırlmaq hüququ kimi mühüm maddələr həmin konstitusiyada təsbit edilirdi.