Qırğızıstan Prezidentinin Azərbaycana rəsmi səfəri başa çatıb
20 Aprel 2022 19:25 SiyasətQırğız Respublikasının Prezidenti Sadır Japarovun Azərbaycan Respublikasına rəsmi səfəri aprelin 20-də başa çatıb.
Olaylar.az xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Qırğız Respublikasının Prezidenti Sadır Japarovu və xanımı Ayqul Japarovanı Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Elnur Məmmədov və digər rəsmi şəxslər yola saldılar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31