"Azərbaycan terrorun bütün forma və təzahürlərini qətiyyətlə qınayır" - XİN
20 Aprel 2022 18:42 SiyasətAzərbaycan Xarici İşlər Nazirliyi (XİN) Türkiyənin Bursa şəhərində törədilən terror aktını pisləyib.
Olaylar.az xəbər verir ki, bu barədə XİN-in tviter səhifəsində bildirilib.
"Qardaş Türkiyənin Bursa vilayətində baş verən terror hücumu nəticəsində həyatını itirən məmurun ailəsinə və yaxınlarına hüznlə başsağlığı bildirir, yaralılara Allahdan şəfa diləyirik. Azərbaycan terrorun bütün forma və təzahürlərini qətiyyətlə qınayır", - paylaşımda qeyd olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31