“Bəzi məmurlar büdcə pullarını xımır-xımır yeyir” - Deputat
20 Aprel 2022 14:02 Siyasət"Biz xahiş etmişdik ki, büdcədən oğurluq edən məmurlar barədə məlumat verilsin. Bəzi məmurlar bu gün də büdcə pullarını xımır-xımır yeyir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Rüfət Quliyev parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında "Hesablama Palatasının 2021-ci ildə fəaliyyəti haqqında" hesabatının müzakirəsində deyib. Bundan əlavə, deputat insanların 90 faizinin icbari tibbi sığortadan narazı olduğunu bildirib: "Deputatlar var ki, bununla bağlı müraciət ediblər. Ancaq onlara da narazılıqla bağlı cavab verilməyib".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31