Dövlət qulluqçusunun xidməti vəsiqəsinin təsviri təsdiq edildi - FƏRMAN

Prezident İlham Əliyev dövlət qulluqçusunun xidməti vəsiqəsinin təsvirinin və nümunəsinin təsdiq edilməsi haqqında Fərman imzalayıb.

Olaylar.az AZƏRTAC-a istinadən bildirir ki, Fərmanla "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2017-ci il 29 dekabr tarixli 968-VQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alınır

- "Dövlət qulluqçusunun xidməti vəsiqəsinin təsviri" təsdiq edilsin (əlavə olunur).

- "Dövlət qulluqçusunun xidməti vəsiqəsinin nümunəsi" təsdiq edilsin (əlavə olunur).

- Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31