“Bu, dünya azərbaycanlıları üçün  Zəfər qurultayı olacaq”- Deputat

"Dünya Azərbaycanlılarının V qurultayının Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində keçirilməsi möhtəşəm hadisədir".  "Olaylar" xəbər verir ki, bunu millət vəkili Aydın Hüseynov bildirib. Qeyd edib ki, bunu Dünya Azərbaycanlılarının Zəfər qurultayı da adlandırmaq olar: "Hansı ölkədə yaşamasından asılı olmayaraq bu qurultaya təşrif buyuracaq hər bir azərbaycanlı qədim yurd yerimiz, Qarabağın tacı olan Şuşanı 30 ildən sonra görmək xoşbəxtliyini yaşayacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31