Qənirə Paşayeva Özbəkistanda Şuşadan danışdı

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB və Nəfəs İB-nin dəstəyi ilə Özbəkistanda keçirilən Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində Daşkənddə qardaş ölkənin bir qrup böyük alimləri, akademikləri, tanınmış ziyalıları ilə görüşüb. "Olaylar" xəbər verir ki, iki qardaş ölkə ziyalıları arasında əlaqə və əməkdaşlığın daha da güclənməsinin vacibliyinin vurğulandığı görüş zamanı Mədəniyyət komitəsi və "Nəfəs" İB adından onlara Qarabağ motivli xatirə hədiyyələri, Qənirə xanımın müəllifi olduğu kitablar və tanınmış azərbaycanlı ziyalıların əsərləri hədiyyə olunub. Q. Paşayeva böyük alimləri, akademikləri, tanınmış ziyalıları ölkəmizə dəvət edib və onlara Mədəniyyət paytaxtımız Şuşadan danışıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31