Səməd Seyidov Böyük Britaniya nümayəndə heyəti ilə  görüşüb

Aprelin 18-də Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığından olan nümayəndə heyəti ilə görüşüb. Olaylar xəbər verir ki,
qonaqları salamlayan Səməd Seyidov regionda yaranmış reallıqlardan, dayanıqlı sülhün və əməkdaşlığın bərqərar olmasının vacibliyindən danışıb, azad edilmiş Azərbaycan ərazilərində aparılan bərpa-quruculuq işləri barədə məlumat verib.
Görüşdə iştirak edən deputatlar Nigar Arpadarai və Erkin Qədirli Ermənistanın Azərbaycan torpaqlarını 30 il işğalda saxlamasının acı nəticələrindən bəhs ediblər. Bu nəticələrin aradan qaldırılması istiqamətində görülən işlər, Azərbaycan və Ermənistan arasında aparılan sülh prosesinin inkişafı, gələcək perspektivləri barədə fikirlərini bölüşüblər.
Qonaqlar Baron Bryus Malkolm Qrey, Lord Donald Robin Alers Xenki və Faultless Julian bölgədə dayanıqlı sülhün və əməkdaşlığın bərqərar olmasının vacibliyini vurğulayıblar, Azərbaycanla Birləşmiş Krallıq arasında inkişaf etməkdə olan münasibətlər barədə fikirlərini səsləndiriblər.
Sonra görüşdə tərəfləri maraqlandıran məsələlər barədə fikir mübadiləsi aparılıb. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31